"Qarabağ"ın büdrəməsi Darionu sevindirir - MÜSAHİBƏ

20 Oktyabr 2019 19:53 Neftçi 533
"Qarabağ"ın büdrəməsi Darionu sevindirir - MÜSAHİBƏ

"Neftçi" - "Zirə" oyunundan (3:0) sonra "ağ-qaralar"ın futbolçusu Dari Federiko Sportinfo.az-ın suallarını cavablandırıb. Braziliyalı futbolçu əvvəlcə görüş haqqında fikirlərini bildirib:

- Çox vacib qələbə qazandıq. Bu, ardıcıl 3-cü qalibiyyətimiz oldu. "Zirə" üzərində qələbədən sonra turnir cədvəlində 2-ci pilləyə yüksəldik. Amma bununla kifayətlənməli deyilik. Öz üzərimizdə işləməliyik. Çalışmalıyıq ki, daha yaxşı nəticələr əldə edək.

- Demək olar ki, "Neftçi" artıq "qara zolaq"dan çıxıb?

- Bəli, 3 oyunda qələbə qazanmaqla "qara zolaq"dan çıxdığımızı deyə bilərik.

- "Neftçi"nin asan qələbə qazandığını demək olar?

- Bu günə kimi "Neftçi" heç bir görüşdə asanlıqla qalibiyyət əldə etməyib. Hər oyunda mübarizə aparmışıq, döyüşmüşük, əzmkarlıqla 3 xal qazandığımız oyunlar olub.

- "Neftçi"nin çempionluq yolunda əsas rəqibi "Qarabağ"dır. Liderə çata biləcəksiniz?

- Sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, hər oyunda qələbə qazanaq. Rəqibimizin xal itirdiyi turlarda gərək biz diqqətli olaq, qalib gələk və liderə yaxınlaşaq.

- Deyəsən, artıq yavaş-yavaş azarkeşlərlə də münasibətlər düzəlir.

- Hər bir futbolçu istəyər ki, oyunlarda azarkeşlər onları dəstəkləsinlər. Biz də demək olar ki, hər matçda azarkeşlərin dəstəyini hiss edirik. Düzü, başa düşə bilmirdim ki, niyə azarkeşlərimiz tez-tez "istefa" şüarları səsləndirirdilər. Sevindirici haldır ki, fanatlar artıq bizim yanımızdadırlar. Onları hər oyunda stadionda görmək istəyirik.

- "Qarabağ"ın Qəbələdə xal itirməsi sizi sevindirir?

- Əlbəttə ki, çempionluq uğrunda mübarizə aparan komanda ondan öndə gedən klubun xal itirməsini görəndə sevinir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu