Roberto Bordin: "İndi ayağa qalxa bilmişik"

20 Oktyabr 2019 19:28 Neftçi 814
Roberto Bordin: "İndi ayağa qalxa bilmişik"

“Neftçi” – “Zirə” (3:0) matçından sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı:

- Bütün futbolçularımı təbrik edirəm. Bu gün oyuna düzgün yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Bu gün bunu bacardıq. Qələbə turnir cədvəli baxımından da əhəmiyyətli idi. Bütün futbolçular sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da uğurlu qoşuldu. Təəssüflənirəm ki, Platellas və Rauf 100 faizlik epizodlarda fərqlənə bilmədilər. Onlar da qol vurmağa layiq idilər. Birinci qoldan sonra irəli atıldıq ki, ikinci dəfə fərqlənək. Risk etdik, qol buraxa da bilərdik. Ancaq ikinci qoldan sonra rəqib açılmağa başladı və bu, bizim işimizə yaradı, qol vurmaq üçün epizodlarımız yarandı.

- Gözəl oynadız və yaxşı nəticə qazandız. Ancaq çoxlu qol imkanlarından istifadə olunmadı...
- Əsas məqam odu ki, təhlükəli vəziyyətlər yarada bildik. İkinci qoldan sonra futbolçuların bəziləri asan qollar vura bilərdi, ancaq qeyri-adi şeylər axtarırdılar. Hesab artdıqdan sonra konsentrasiya azala bilər. Başqa problem yoxdu.

- Rauf Əliyev hücumda gözləniləni verə bildimi?
- Oynadığı müddətdə etdikləri məni qane etdi. Qol da vura bilərdi. Yalnız buna görə üzülürəm ki, fərqlənə bilmədi. Ona yalnız qol çatmadı.

- Ardıcıl 3 qələbə “Neftçi”nin yaralarının neçə faizini sağaldıb?
- Faizi deyə bilmərəm. Sadəcə, son 3 qələbəni baza kimi düşünmək və irəli addımlar atmağımızı istəyərəm. Əvvəl yaralı idik, indi ayağa qalxa bilmişik.

- Gerye və Mustivarın oynamaması milli komandanın heyətindən qayıtmaları ilə bağlı idi?
- Hər iki oyunçu yığmada kifayət qədər oynadı və uzun yol gəldilər. İki gün əvvəl komandaya qoşuldular və yalnız bir məşq edə bildilər. Ona görə də riskə yol vermək istəmədik.

- “Neftçi”nin çempionluğu üçün əsas rəqibi “Qarabağ”ın da xal itkiləri lazımdı. Onların uğursuzluğunu arzulayırsızmı?
- Biz hər gün yalnız öz oyunumuzu düşünürük. Rəqib barədə fikirləşmirik. Hər matçda qələbə qazanmaq istəyirik. Rəqiblərin xal itirməsinin əhəmiyyəti yoxdu. Öz evimizin içinə baxmalıyıq, başqa komandalarda nə baş verdiyinə fikir verməməliyik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı