"Neftçi"də Bordin və futbolçulara hörmətsizlik!

19 Oktyabr 2019 15:35 Neftçi 1 267
"Neftçi"də Bordin və futbolçulara hörmətsizlik!

«Neftçi»nin düşərgəsində növbəti xoşagəlməz hadisə baş verib. Sportinfo.az-ın məlumatına görə, idman direktoru Ceyhun Sultanov komandanın məşq prosesini pozub.

Öncə hazırlığın gedişini kənardan izləyən klub rəsmisi çalışmanın gedişində meydançaya daxil olub. Bir neçə futbolçuya yaxınlaşaraq boğazından yapışıb və əlindəki saatla nəbzlərini yoxlayıb.

Oyunçular Sultanovun hərəkətini təəccüblə qarşılayıb. Roberto Bordin isə məşq prosesini pozan idman direktoruna heç bir reaksiya verməyib.

Baş məşqçi olanları sakitcə izləyib və onun meydançadan çıxmasını gözləyib. Sultanov daha sonra bu addımını futbolçuların fiziki yükü götürüb-götürməməsini dəqiqləşdirmək istəməsiylə əsaslandırmağa çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı