"Bakıda xoşbəxtəm, amma Yunanıstan üçün darıxıram"

19 Oktyabr 2019 14:10 Neftçi 864
"Bakıda xoşbəxtəm, amma Yunanıstan üçün darıxıram"

"Yunanıstan üçün darıxıram. Əlbəttə, ölkə xaricində oynamağın müsbət tərəfləri var. Amma mən doğmalarım üçün darıxıram".

Sportinfo.az xəbər bu sözləri "Neftçi"nin yunanıstanlı yarımmüdafiəçisi Evangelos Platellas ölkəsinin mətbuatına açıqlamasında deyib. Ölkəmiz haqda da fikirlərini bölüşən futbolçu Bakını tərifləyib:

"Bakı gözəl, yaxın illərdə daha da inkişaf edəcək şəhərdir. Burada qalmaq mənə çətin deyil. İnsanlar qonaqpərvərdirlər və ölkəyə uyğunlaşmağımda mənə çox kömək etdilər. Hər zaman yanımda mənə yardım edəcək kimsə olur. Bu mənim üçün ən doğru seçim idi. Çünki yunan futbolunda bəzi insanlar sənə hörmət qoymurlar. Bakıda xoşbəxtəm".

Platellas "Neftçi"də maliyyə cəhətdən problem olmadığını bildirib: "Maliyyə sektorunda problem yoxdur. Heç kim bu barədə əziyyət çəkmir. Hər bir klubu maliyyələşdirən sponsorlar var və siz bilirsiz ki, pullarınız batmayacaq".

Yarımmüdafiəçi "Qarabağ"la çempionluq mübarizəsinə də toxunub: "Biz onları ötən il məğlub etmişdik. Amma sonradan işlərimiz yaxşı getmədi".

Digər Xəbərlər
Xəbər Lenti