Denis Silva "Neftçi"nın vəziyyətinə necə şərh verdi?

18 Oktyabr 2019 22:30 Neftçi 1 091
Denis Silva "Neftçi"nın vəziyyətinə necə şərh verdi?

“Xəzər Lənkəran”, “Neftçi” və “Keşlə” klublarında oynamış Denis Silva Kruz Sportinfo.az-a müsahibə verib. Hazırda klubsuz olan və Braziliyada fərdi məşqlər edən təcrübəli futbolçu yenidən Azərbaycana qayıtmaq haqda düşündüyünü bildirib:

- Hazırda nə işlə məşğulsan? Karyeranı başa vurmaq haqda düşünürsən?
- Xeyr, bu haqda düşünmürəm. Hazırda fizioterapiya ilə məşğulam. Üstəlik, fərdi olaraq məşqlərimi edirəm. Braziliyada qarşıdakı mövsümə hazırlaşıram. Görək, necə olacaq.

- Yenidən Azərbaycana dönmək mümkündür, yoxsa klublar sənə maraq göstərmir?
- Xeyr, Azərbaycandan heç bir klubdan təklif almamışam. Ancaq Azərbaycandan hansısa klub məni istəyərsə, biz bu barədə müzakirə apara bilərik. Lakin hələ belə bir şey yoxdur.

- Azərbaycan Premyer Liqasında birinci dövrə başa çatıb. Hazırkı durumu necə dəyərləndirirsən?
- Bəli, indi də Azərbaycan çempionatını izləyirəm. Hazırda Azərbaycan Premyer Liqasının çətin keçdiyini deyə bilərəm. İndi yüksək liqadakı bütün klublar güclüdür. Çempionatın səviyyəsi isə yaxşıdır. Bu da Azərbaycan futbolu adına çox yaxşıdır.

- Turnir cədvəlində birinci pillədə yenə “Qarabağ”dır. Yəqin ki, bu sənin üçün təəccüblü deyil?
- Mənim üçün bu təəccüblü deyil. “Qarabağ” hazırda Azərbaycanın ən güclü komandası hesab edilir. Onlar bu cür oynamağa davam etsələr, bu mövsümdə də Azərbaycan çempionu olacaqlar.

- Azərbaycandakı sonuncu klubun “Keşlə” turnir cədvəlinin ikinci pilləsidir. Səncə, onlar mövsüm sonuna qədər bu pillədə qala biləcək?
- Buna görə çox şadam. “Keşlə”nin turnir cədvəlinin ikinci pilləsində olması sevindiricidir. Onların daima yüksək pillədə olmasını istəyərdim. Məncə, onlar sona qədər bunu bacara bilərlər. “Keşlə”nin yaxşı futbolçuları və yaxşı baş məşqçisi var.

- Sabiq komandalardan "Neftçi”nin ilk pillələrdə olmamasını necə dəyərləndirirsən?
- "Neftçi” haqda nəsə demək çətindir. Lakin onlar heç də pis durumda deyillər. Çempionat uzun marafondur. Sona kimi hələ çox oyun var və “Neftçi” vəziyyəti dəyişmək üçün şans əldə edə bilər.

- Hər oyunda "Neftçi" azarkeşləri rəhbərliyi və Roberto Bordini istefaya səsləyir. Səncə, klubun bu dəyişikliklərə ehtiyacı var?
- Adətən, komandada problemlər baş məşqçi və prezident dəyişikliyi zamanı olur. Ola bilər ki, durum qış fasiləsindən sonra dəyişsin.

Digər Xəbərlər
Xəbər Lenti