Bordinin sevimlisi D seriyasına getdi

18 Oktyabr 2019 13:08 Neftçi 636
Bordinin sevimlisi D seriyasına getdi

"Neftçi"nin sabiq hücumçusu Canluka Sansone özünə yeni komanda tapıb. Sportinfo.az xəbər verir ki, 32 yaşlı forvard vətəninə dönüb.

Baş məşqçi Roberto Bordin tərəfindən bu ilin fevralında "Neftçi"yə sırınan futbolçu mövsüm başa çatan kimi yola salınmışdı. Həmin vaxtdan bəri işsiz olan Sansoneyə D seriyası komandası "Keriqnola" ehtiyac duyub. Hücumçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. "Keriqnola"nın baş məşqçisi Alessandro Potenza onun təcrübəsinin komandaya kömək edəcəyinə inanır.

Canluka Sansone "Neftçi"nin heyətində keçirdiyi 11 oyunda 2 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti