"Neftçi"də baş məşqçi ilə kapitan arasında MÜBAHİSƏ DÜŞDÜ – "Qəsdən oynamırsan"

20 May 2022 10:40 Neftçi 3 135
"Neftçi"də baş məşqçi ilə kapitan arasında MÜBAHİSƏ DÜŞDÜ – "Qəsdən oynamırsan"

«Neftçi»nin baş məşqçisi Samir Abasovla kapitan Emin Mahmudov arasında gərginlik yaşanıb.

Bu, Premyer Liqanın 27-ci turunda «Zirə» ilə keçirilən oyundan öncə özünün pik nöqtəsinə çatıb.

Belə ki, çalışdırıcı komanda yoldaşlarının arasında kapitana ciddi irad bildirib, Qeyri-sabit çıxışın səbəbləri haqşda danışan sükançı yarımmüdafiəçiyə «qəsdən oynamırsan» deyib.

Pleymeker bu iddia ilə razılaşmayıb, uğursuzluğun günahının onun üzərinə atılmasını «haqsızlıq» adlandırıb. Mahmudov mövsümü titulsuz başa vurmalarında hamının «pay sahibi» olduğunu bildirib.

Zirədə 0:1 hesabıyla məğlub olan «Neftçi»nin düşərgəsində daha bir qalmaqal yaşanıb. Yenilgiyi qəbul etməyən Samir Abasov matçdan sonra paltardəyişmə otağını bir-birinə qatıb.

Əsəbdən özünə yer tapmayan çalışdırıcı futbolçuların üstünə qışqırıb və bununla da kifayətlənməyərək, «kişi deyilsiz» ifadəsini işlədib.

Təbii ki, onun söylədikləri cavabsız qalmayıb. Komanda üzvlərindən bəzisi yerindən qalxaraq, baş məşqçiyə cavab qaytarıb.

Onlardan Azər Əliyev isə Samir Abasovla eyni tonda danışıb, «bəsdir, hamımızı boğaza yığmısan» söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!