Nigeriyalı "Neftçi"yə xeyir verirmi? – Bu rəqəmlərə diqqət!

20 May 2022 02:20 Neftçi 1 046
Nigeriyalı "Neftçi"yə xeyir verirmi? – Bu rəqəmlərə diqqət!

“Neftçi”nin futbolçusu Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, onun yubileyi “Zirə” ilə XXVII turun matçına təsadüf edib.

Bu qarşılaşmada 24 yaşlı nigeriyalının komandası 0:1 hesabı ilə uduzub.

50 matçda 3 qol vuran yarımmüdafiəçi bütün oyunları “Neftçi”nin heyətində keçirib.

Bakı klubunda 2020/21 mövsümündə debüt edən legioner həmin çempionatda 24 dəfə meydana çıxıb və 2 qol vurub. Cari mövsümdə 26 dəfə şans qazanan Lavalın hesabında 1 top var.

Digər Xəbərlər
Xəbər Lenti