"Neftçi"də kadr, struktur və digər islahatlar - SOCAR-da toplantı

10 May 2022 11:40 Neftçi 2 604
"Neftçi"də kadr, struktur və digər islahatlar - SOCAR-da toplantı

SOCAR və «Neftçi» rəhbərlikləri arasında toplantı keçiriləcək.

Görüşdə klubun cari mövsümdəki çıxışı müzakirəyə çıxarılacaq. Neft şirkəti uğursuz nəticələrdən dolayı səlahiyyətli mənsublardan hesabat tələb edib.

Qarşıdakı yığıncaqdan çıxacaq nəticələr böyük maraqla gözlənilir. Ən böyük ehtimal budur ki, klubda struktur və kadr islahatı aparılacaq. «Neftçi»yə kurasiyanın Zaur Qəhrəmanovdan alınacağı barədə xəbərlər almaqdayıq.

Onun da daxil olduğu Müşahidə Şurasının ləğvi, yaxud üzvlərinin dəyişdirilməsi istisna edilmir. Qəhrəmanova, həmçinin AFFA-ya bağlı kadrların «Neftçi» ilə vidalaşması güman olunur.

Həllini gözləyən digər məsələ baş məşqçi postu ilə bağlıdır. Dünən Qəbələdə «Neftçi» azarkeşlərinin ünvanına ağır tənqidlər səsləndirən Samir Abasovun vəzifəsindən gedəcəyi demək olar bəllidir.

Qalır onu yerli, yoxsa əcnəbi həmkarının əvəzlənməsinin müəyyənləşməsi.

SOCAR komandanın azərbaycanlı mütəxəssislərdən birinə tapşırlmasını istəyir, namizədlərin siyahısını da tərtib ediblər. «Neftçi»nin idarəçiləri isə sükan arxasına xarici gətirmək üçün çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı