Samir Abasovdan azarkeşlərə sərt sözlər: "Ötən il yanımızda fırlananlar idi, onlar..."

9 May 2022 22:45 Neftçi 1 154
Samir Abasovdan azarkeşlərə sərt sözlər: "Ötən il yanımızda fırlananlar idi, onlar..."

"İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. Çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Rəqibi qələbə münasibətilə təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur matçından sonra deyib.

O bildirib ki, matçın gedişində "İstefa" şüarları səsləndirənlər həyatda mövqeyi olmayan insanlardır: "Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Məni buraya azarkeş gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin".

Digər Xəbərlər
Xəbər Lenti