"Neftçi"nin yeni baş məşqçisi – SOCAR onu istəyir

9 May 2022 13:00 Neftçi 4 509
"Neftçi"nin yeni baş məşqçisi – SOCAR onu istəyir

Xəbər verdiyimiz kimi, «Neftçi»nin mövsümü titulsuz başa vurması SOCAR tərəfindən narahatlıq və narazılıqla qarşılanıb.

Neft şirkətinin yeni rəhbərliyi baş sponsoru olduğu klubda aparacağı islahatlarla bağlı müzakirələrə başlayıb.

Səlahiyyət sahiblərinın görmək istədiyi işlər barədə redaksiyamıza bəzi məlumatlar daxil olub.

Onlardan biri budur ki, SOCAR dəyişikliyə klubun «yuxarı qat»ından başlamaq niyyətindədir. İdarəçilərin iş yerini itirməsi bu gedişlə qaçılmaz olacaq.

Burada əsas söhbət Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov və AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun kadrlarından gedir. Ad çəkməyə ehtiyac görmürük - hamısı «hədəf taxtası»ndadır.

Prezident Kamran Quliyev, idman direktoru Zaur Əzizov və baş menecer Qədir Həsənovun görəvdən alınacağı haqda xəbərlər var.

Ötən ilin yayında və bu ilin əvvəlində həyata keçirilən transferləri SOCAR-ı məyus edib və hazırda bu yöndə araşdırma gedir.

Qış «bazarlığ»ı zamanı alınan yerli və legioner futbolçuların «dosye»si incələnir. Xəyal Nəcəfov, Roman Bask, Hüqo Basto, Pato, Azər Salahlı və digərlərinin keçidinə dair onlarda bəzi suallar yaranıb.

Neft şirkətinin gündəminə baş məşqçi mövzusu da daxildir. Sponsor təşkilat Samir Abasovla yeni müqavilə bağlanılmasını istəmir.

Bu, birmənalıdır. Və əslində onunla bağlı məsələnin uzanması da SOCAR-ın iradəsindən irəli gəlir.

Neft şirkətinin təmsilçiləri klub yönəticilərindən fərqli olaraq, komandanın əcnəbi mütəxəssisə tapşırılmasının əleyhinədir. Onlar bu postda yerli məşqçi görürlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti