Braziliyalı forvard "Neftçi"ni düşünməyə necə vadar etdi?

8 May 2022 16:40 Neftçi 1 274
Braziliyalı forvard "Neftçi"ni düşünməyə necə vadar etdi?

"Neftçi" ötən mövsümün sonu zamanında lazımı transferlər edə bilməyincə, avrokuboklardan sonra yeni mövsüm üçün tələm-tələsik bəzi futbolçularla anlaşdı.

Onlardan biri Tiaqo Bezerra oldu. Braziliyalı futbolçu hətta mövsümün startından sonra komandaya qoşuldu.

Təcrübəli futbolçunun yaşının çoxluğu transfer ətrafında da müəyyən mənfi söz-söhbətlər yaratmışdı. Ki, 35 yaşlı "qoca forvard" kimə lazımdır?

İlk matçlardan səviyyəsini meydanda qoymağı bacaran əcnəbi oyunçunun statistik göstəriciləri barədə eyni şeyi demək olmurdu. Belə ki, ölkə kubokunda ümumiyyətlə fərqlənə bilməyən oyunçu Premyer Liqadakı ilk 12 görüşündə cəmi 4 qol vurmağı bacarmışdı.

Haqqlı olaraq onun bu ay bitən müqaviləsinin yenilənməyəcəyi iddia olunurdu.

Amma son 7 görüşdə qarşısıalınmaz təsir bağışlayan Bezerra rəqib qapılarından 6 qol keçirməyi bacarıb. Bu da rəhbərliyi və baş məşçini onun barəsində ciddi-ciddi düşünməyə vadar edir.

36 yaşın içində olan forvardın növbəti mövsüm formasında daha da eniş olacağı ehtima olunurdu. Amma birdən-bir belə performans onun barəsində rəhbərliyi daha dərindən düşünməyə vadar edir. Necə olacağını isə çox güman ki, yaxın günlərdə biləcəyik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti