Kamran Quliyevdən "Neftçi"nin dəyərinə biganə münasibət - VİDEO

8 May 2022 11:40 Neftçi 1 033
Kamran Quliyevdən "Neftçi"nin dəyərinə biganə münasibət - VİDEO

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə "Neftçi"nin mərhum prezidenti Aqil Paşayevin 75 illiyinə həsr olunmuş oyun haqda məlumat vermişdik.

"Neftçi"nin əfsanələrinin jurnalistlərdən ibarət komandaya qarşı yoldaşlıq görüşündə peşəkarlar Nazim Süleymanov, Qurban Qurbanov və Samir Əliyev kimi ulduzların qolları ilə 3:2 hesabı ilə qalib gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən bu möhtəşəm matçda "Neftçi" klubunun hazırki prezidenti Kamran Quliyev iştirak etməyib.

Bu haqda ATV-də yayımlanan "Futbolumuz" verilişində danışan tanınmış futbol eksperti Emin Abbasov Kamran Quliyevin "Neftçi"nin əbədi dəyərlərindən olan Aqil Paşayevin anım oyununa laqeyd münasibətinə toxunub.

Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"