SOCAR "Neftçi"də islahatlara başlayır – Rəhbərlikdən baş məşqçiyə kimi…

7 May 2022 15:00 Neftçi 78 705
SOCAR "Neftçi"də islahatlara başlayır – Rəhbərlikdən baş məşqçiyə kimi…

«Neftçi»nin mövsümü titulsuz başa vurması SOCAR tərəfindən narahatlıq və narazılıqla qarşılanıb.

Neft şirkətinin yeni rəhbərliyi baş sponsoru olduğu klubda aparacağı islahatlarla bağlı müzakirələrə başlayıb.

Səlahiyyət sahiblərinın görmək istədiyi işlər barədə redaksiyamıza bəzi məlumatlar daxil olub.

Onlardan biri budur ki, SOCAR dəyişikliyə klubun «yuxarı qat»ından başlamaq niyyətindədir. İdarəçilərin iş yerini itirməsi bu gedişlə qaçılmaz olacaq.

Burada əsas söhbət Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov və AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun kadrlarından gedir. Ad çəkməyə ehtiyac görmürük - hamısı «hədəf taxtası»ndadır.

Bu ilin əvvəlində həyata keçirilən transferləri SOCAR-ı məyus edib və hazırda bu yöndə araşdırma gedir. Qış «bazarlığ»ı zamanı alınan yerli və legioner futbolçuların «dosye»si incələnir.

Neft şirkətinin gündəminə baş məşqçi mövzusu da daxildir.

Sponsor təşkilat Samir Abasovla yeni müqavilə bağlanılmasını istəyirmi? Yoxsa onun yerinə başqası gətriləcək?

Oxucularımızı bu haqda yeni informasiyalarla təmin edəcəyik. Gözünüz və qulağınız bizdə olsun…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda