Türkiyə klubu “Neftçi”nin təklifinə nə “hə” deyir, nə də “yox”

21 Yanvar 2022 19:20 Neftçi 2 238
Türkiyə klubu “Neftçi”nin təklifinə nə “hə” deyir, nə də “yox”

“Neftçi”nin müdafiəçisi Mert Çelikin taleyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı müdafiəçi gələn mövsümü də Azərbaycan çempionunun heyətində keçirə bilər.

Milliləşdirilmiş oyunçunun bakılılarla 2 illik icarə müddəti mövsümün sonunda başa çatır.

Paytaxt təmsilçisi mərkəz müdafiəçisini birdəfəlik transfer etmək, ən pis halda yenidən icarəyə götürmək üçün müqavilə ilə məxsus olduğu “Başakşehir”ə müraciət edib.

Lakin Türkiyə klubu konkret cavab verməyib. Çünki istanbulluların Mert üçün başqa təklifləri də var.

“Başakşehir” rəhbərliyi onun transfer qiymətini hələ müəyyənləşdirməyib. Super Liqa təmsilçisi istədiyi məbləği həm “Neftçi”yə, həm də digər klublara mövsümün sonlarında açıqlayacaq.

Mert Çelik bu mövsüm Premyer Liqada 12 oyun keçirib. Milli komandamızın üzvünün “Başakşehir”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti