Görün, "Neftçi"ni bu QALMAQALa necə çəkdilər – VİDEO+FOTOREPORTAJ

20 Yanvar 2022 00:40 Neftçi 967
Görün, "Neftçi"ni bu QALMAQALa necə çəkdilər – VİDEO+FOTOREPORTAJ

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi "Visla" (Plotsk) ilə üz-üzə gəlib.

"Visła" ilk hissədə: 99.Bartłomey Qradeçki, 15.Kristian Vallo, 2.Damian Miçalski, 4.Adam Çirzanovski, 77.Pyotr Tomasik, 32.Frederik Qerbovski, 92.Dominik Furman, 23.Filip Lesnyak, 24.Marko Kolar, 8.Patrik Tusziński, 16. Bartosz Zinek (9.David Koçiła 31)

"Visla" ikinci hissədə: 96.Damyan Vęqlarz, 33.Damyan Zbozyeń, 3.Milan Obradoviç, 5.Anton Krivotsyuk (17.Marsel Błaçeviç 77), 21.İqor Drapiński, 14.Mateus Svoç, 94.Duşan Laqator, 6.Damyan Rasak, 9.Dawid Koçiła, (7.Radosłav Çyelemęçki 59), 20.Łukas Sekulski (91.Tomas Valçzak 77), 10.Rafał Volski.

"Neftçi": 93.Rza Cəfərov, 3.Mamadu Mbodj, 6.Vojislav Stankoviç, 8. Emin Mahmudov (k), 14.Eddi İsrafilov, 15.Ansoni Fryas, 19.Azər Salahlı, 20.Mert Çelik, 21.İsmayıl Zülfüqarlı, 24.Yusuf Laval, 97.Xəyal Nəcəfov.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qolunu 55-ci dəqiqədə Yusuf Laval vurub.

Krivotsyuk qarşılaşmanın ikinci hissəsində meydana daxil olub. Laval məhz Krivotsyukun səhvindən sonra topu rəqib qapısından keçirib.

Yoxlama oyununda iki insident yaşanıb. İlk münaqişə 73-cü dəqiqədə baş verib.

Azərbaycan klubunun müdafiəçisi Mert Çelik topu rəqibdən almağa cəhd edərkən, Polşa təmsilçisinin futbolçusu ona sərt qarşılıq verib. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib.

77-ci dəqiqədə isə "Neftçi"nin digər futbolçusu Eddi İsrafilov diqqət mərkəzinə düşüb. İsrafilov ona qarşı kobud oynayan rəqib futbolçu ilə kəllə-kəlləyə gəlib.

Mübahisə zamanı texniki zonada əyləşənlər də olaya müdaxilə edib. Hakim hər iki oyunçuya sarı vərəqə göstərdikdən sonra matç davam edib.

"Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2.

Digər Xəbərlər
Xəbər Lenti