“Bursaspor” “Neftçi”dən kimi transfer etmək istəyir?

18 Yanvar 16:20 Neftçi 13 392
“Bursaspor” “Neftçi”dən kimi transfer etmək istəyir?

“Neftçi”nin daha bir futbolçusu Türkiyəyə yollana bilər.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, hücumçu Mirabdulla Abbasov “Bursaspor”un maraq dairəsinə düşüb.

Mövsümün əvvəlində bakılılardan Namik Ələskərovu transfer edən TFF I Liqa təmsilçisi qol yollarındakı problemi də Mirabdulla ilə yoluna qoymaq niyyətindədir.

Futbolçunun özünün “Bursaspor”la artıq ilkin danışığı olub. Bursa klubu tezliklə bu keçidin reallaşması üçün “Neftçi” ilə danışıq aparmağı planlaşdırır.

Son çempion yerli oyunçu sarıdan “korluq çəksə” də, 27 yaşlı forvardını yola salmağın əleyhinə deyil.

Baş məşqçi Samir Abasov da bu yaxınlarda açıqlamasında yerli azarkeşlərin komandada görmək istəmədiyi Mirabdulla ilə bağlı təklif gələrsə, onu icarəyə vermək variantını dəyərləndirəcəklərini gizlətməmişdi.

Mirabdulla Abbasovun “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti