"Neftçi" ilə anlaşdı, özünü Antalyadakı düşərgəyə yetirdi

17 Yanvar 2022 22:40 Neftçi 2 299
"Neftçi" ilə anlaşdı, özünü Antalyadakı düşərgəyə yetirdi

“Neftçi” Azər Salahlı və Eddi İsrafilovdan sonra daha bir transferi həyata keçirəcək.

Sportinfo.az xəbər verir ki, “İnternasyonal”dan ayrılan Gilyerme Pato artıq Türkiyəyə yollanıb.

O, “ağ-qaralar”ın düşərgəsinə dəvət edilib. Braziliyalı hücumçu “Neftçi”nin Antalya toplanışı zamanı qaldığı otelə yerləşib.

Transfermarkt" portalı braziliyalı "Neftçi" futbolçusu kimi təqdim edib. Son ölkə çempionunun Pato üçün 100 min avro ödədiyi qeyd olunub.

Məşhur portala inansaq, müqaviləyə əsasən Pato 2025-ci ilə kimi "Neftçi"yə məxsus olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!