"Neftçi"dən getməklə yarım milyon avro irəli düşdü

17 Yanvar 2022 11:40 Neftçi 1 101
"Neftçi"dən getməklə yarım milyon avro irəli düşdü

"Neftçi"dən ayrılan Sabir Buqrinin "Esperans"la imzaladığı müqavilənin maliyyə şərtləri bəlli olub.

Tunis klubu ilə 3,5 illik kontrakt bağlayan yarımmüdafiəçi ilk 6 ayda 200 min avro qazanacaq.

Belçika vətəndaşlığı olan mərakeşli gələn mövsümdən etibarən yarım milyon avro əldə edəcək.

Bakı təmsilçisi də bu keçidə görə irəli düşüb.

“Esperans” 26 yaşlı futbolçuya görə “Neftçi”yə 450 min avro (təqribən 800 min manat) ödəyib.

1996-cı il təvəllüdlü yarımmüdafiəçi 2020-ci ildə "Düdelanj"dan ayrılaraq "Neftçi"yə keçmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi