“Neftçi”də başına gələn hadisə: “Sonradan başa düşdüm ki, o, mənimlə məzələnib"

16 Yanvar 2022 01:20 Neftçi 1 729
“Neftçi”də başına gələn hadisə: “Sonradan başa düşdüm ki, o, mənimlə məzələnib"

“Neftçi”nin keçmiş yarımmüdafiəçisi Cavid İmamverdiyev başına gələn maraqlı hadisəni nəql edib.

Sportinfo.az xəbər verir ki, o, deyib:

"Neftçi"də Böyükağa Hacıyev məni "Çippolino" çağırırdı. Mən də bu sözün mənasını bilmirdim.

Sən demə, nağıl personajıymış. Komanda yoldaşım Ruslan Əmircanovdan soruşdum ki, "Çippolino" nə deməkdir.

Əmircanov qayıtdı ki, qaqa, o vaxtı alimlər balinanın içinə çip yerləşdiriblər ki, balinanın hara getdiyini bilsinlər.

Həmin balinanın da adını qoyublar çipbalina. Başa düşdün? "Çipbalina" bu deməkdir.

Sonradan, xeyli keçəndən sonra başa düşdüm ki, Ruslan mənimlə məzələnib".

Digər Xəbərlər
Xəbər Lenti