"Neftçi"nin məşhur simaları yeni komanda yaratdı - FOTOFAKT

14 Yanvar 2022 22:20 Neftçi 1 644
"Neftçi"nin məşhur simaları yeni komanda yaratdı - FOTOFAKT

"Neftçi"nin Türkiyədəki təlim-məşq toplanışı öz axarında davam edir.

Son çempion hazırlıq çərçivəsində bu gün ilk görüşün də keçirib. Komanda Macarıstanın "Kişvarda" klubu ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 2:2.

"Ağ-qaralar"ın qollarını Emin Mahmudovla Ramin Nəsirli vurub.

Əsas komanda ilə bərabər klubun rəsmi şəxsləri də qardaş ölkədə boş dayanmırlar. Belə ki, onlar da öz komandalarını yaradıb, fürsət tapanda futbol oynayırlar.

Bu barədə komandanın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev öz sosial şəbəkə hesabından paylaşım edib.

"Bizim takım" başlıqlı paylaşımdan göründüyü kimi klub rəsmilərinin komandasında yeni transfer Zaur Əzizov, tərcüməçi Vuqar Əliyev, baş menecer Vuqar Həsənov, tanınmış şərhçi İsmayıl Abdullayev kimi simalar yer alıb.

Həvəskar komandanın bir peşəkar üzvü də var. O, əsas komandanın qolkiperi Kamran İbrahimovdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!