Dünyanın tanıdığı məşqçi “Sportinfo”nun yazdıqlarını təsdiqlədi - “Neftçi” ilə danışır

2 Dekabr 2021 16:00 Neftçi 1 652
Dünyanın tanıdığı məşqçi “Sportinfo”nun yazdıqlarını təsdiqlədi - “Neftçi” ilə danışır

İtaliyalı məşhur qapıçı, hazırda məşqçi kimi fəaliyyət göstərən Valter Zenqa “Neftçi” haqda danışıb.

“Təəssüf ki, heç vaxt Bakıda olmamışam” – o, bunu futbolinfo.az-a açıqlamasında deyib.

O, “Neftçi”yə uğurlar arzulayıb və iddia edib ki, heç zaman bu klubdan təklif almayıb: “Hazırda Dubaydayam və ailəmlə birlikdəyəm. 2010-cu ildən bu şəhərin sakinləriyik”.

“Azərbaycandan heç təklif almısızmı” sualına isə Zenqa bu cür cavab verib:

“Təklif almaq mənim işimin bir hissəsidir. İndi olmasa da, gələcəkdə bu cür təklif almaq mümkündür. Mən Dubayda yaşayıram, azad agentəm və Dubay Bakıdan çox da uzaq şəhər deyil.

Təklif ala bilərəm. “Neftçi” barədə də məlumatım var. Yaxşı təşkil olunmuş klubdur ”.

Təcrübəli çalışdırıcı Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin köməkçisi Benni Karbone ilə münasibətlərinin yaxşı olduğunu və Azərbaycan haqqında danışdıqlarını sözlərinə əlavə edib:

“Karbone ilə yaxşı münasibətimiz var. Hansı ki, mən İtaliyada “Krotone” klubunda işləyəndə o, köməkçim idi.

Onunla Azərbaycan barədə çox danışmışıq və mənimlə təcrübələrini bölüşüb. Əgər Azərbaycandan, “Neftçi”dən təklif alsam, gəlib orada çalışa bilərəm”.

Qapıçı kimi “İnter”də məşhurlaşan, İtaliya millisində uzun illər çıxış edən Zenqa 1998-ci ildən məşqçiliklə məşğuldur. İtaliya, Rumıniya, Serbiya, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, İngiltərə klublarında çalışan Valter uğurlu mütəxəssislərdən sayılmır.

23 ilə 19 dəfə iş yeri dəyişən sabiq qapıçı təsdüfi hallarda hansısa klubda iki mövsüm iş başında olub. O, sonuncu dəfə “Kalyari”də çalışıb və 1 ildi işsizdir.

Zenqanın “Neftçi”nin gündəmində yer alması barədə xəbər saytımıza məxsusdur. Bəribaşdan açıqladığımız kimi, bu informasıyanı klub rəhbərliyinə yaxın mənbələrdən almışıq.

Hansı ki, güvəndiyimiz şəxslərdir və bizi heç vaxt yanıltmayıblar. Sportinfo.az məhz onların sayəsində daim “Neftçi”nin nəbzini tutub və burada gedən proseslər haqda oxucuları obyektiv məlumatlarla təmin eləyib.

Bizi bilgiləndirən dostların bildirdiyinə görə, italiyalı mütəxəssislə əlaqə yaradan klub rəhbərliyi bir həftədən artıqdır danışıqları davam etdirir. 61 yaşlı çalışdırıcıya təklif olunan şərtlər kifayət qədər cəlbedicidir.

Hazırkı sükançıya aylıq 20 min manat maaş verən bakılı rəsmilər apeninli tanınmışa illik 500 min avro ödəməyə hazırdır.

Sonuncu dəfə 2020-ci ildə «Kalyari»nin başında dayanmış Zenqa onlardan komandanın son 6 ayda keçirdiyi oyunların diskini istəyib.

O, futbolçularla bağlı məlumat toplamağa başladığını söyləməklə, bakılı rəsmilərin bu izdivacın gerçəkldəşə biləcəyinə ümidləndirib.

Müşahidə Şurası dekabrın sonunda növbəti dəfə bir araya gələcək. Və orada komandanın durumuna dair yekun qərar veriləcək.

Baş məşqçi dəyişikliyi son 2 turdakı nəticələrə və turnir cədvəlinə bağlıdır.

«Sumqayıt» və «Qəbələ» üzərində qələbə əldə edilərsə, həmçinin lider «Qarabağ»la aradakı xal fərqi azalarsa, onda Samir Abasov növbəti dəfə rəhbərlikdən möhlət alacaq.

Başqa cür olsa… Qapının ağzındakı Zenqa «Neftçi»nin futbolçularını salamlamaq üçün bazanın içərisinə ayaq basacaq.

İtalyan həmkarlarmıza açıqlamasında həm “Neftçi”dən təklif almadığını, həm də Bakı təmsilçisi barədə məlumat topladığını deyir.

Tərəflər arasında əlaqə yoxdursa, “Neftçi” haqda informasiya Zenqanın nəyinə lazımdır? Azərbaycan futbolunun səviyyəsi yüksək deyil, “Neftçi” avrokuboklarda iştirak etmir, elə isə “ağ-qaralar” onun yadına haradan düşüb?

Yoxsa 61 yaşlı çalışdırıcının başqa iş-gücü yoxdur?

Qəribədir, deyilmi?

“Neftçi”ni yaxşı təşkil olunmuş klub kimi təqdm etməsi, əslində, Zenqanın yaydığmız xəbəri təsdiqləməsi deməkdir. Hər şeyi olduğu kimi etiraf edə bilmir, bunu da təbi qarşılayırıq.

Hər halda bakılılar Samir Abasovla yollarını ayırmayıb, o, bu gün də öz işinin başındadır. Zenqa “Neftçi” rəsmilərinin və onlara yaxınlığı ilə bilinən menecerin onunla təmasa keçməsini dilə gətirsə, bu, qətiyyən birmənalı qarşılanmayacaq.

Publika istər italyanı, istərsə də klub təmsilçilərini qınayacaq, birincini qeyri-peşəkarlıqda, ikinciləri hazırkı baş məşqçiyə münisibətdə hörmətsiz davranmaqda suçlayacaq.

Odur ki, Zenqa fakti birbaşa deyil, dolayısı ilə dilə gətirmək məcburiyyətindədir. Həmkar etikasına və diplomatiya qaydalarına uyğun olaraq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!