“Neftçi”dən ayrılmağa hazırlaşan legionerlə görüşmək istəyən məşqçi kimdir?

2 Dekabr 2021 11:00 Neftçi 1 789
“Neftçi”dən ayrılmağa hazırlaşan legionerlə görüşmək istəyən məşqçi kimdir?

“Sabah”ın baş məşqçisi Murad Musayevin Azərbaycanda bəyəndiyi ilk legionerin kimliyi bilinib.

Bu, “Neftçi”dən Sabir Buqrindir.

Rusiyalı mütəxəssis ötən mövsümdən etibarən ağ-qara formanı geyinən mərakeşlini öz sərəncamında görmək istəyir. O, 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin yayda bitəcəyini və hazırkı klubunda qalmaq istəmədiyini öyrənib.

Gələn sezon daha iddialı komanda formalaşdırmağı qarşısına məqsəd qoyan çalışdırıcı Buqrinlə şəxsən görüşmən niyyətindədir.

Çünki bir sıra yerli və xarici klubların Belçika vətəndaşlığı olan orta sahə oyunçusuna ciddi maraq göstərməsi ona məlumdur.

Musayev ümid ki, Sabir onunla söhbətdən sonra fikrini dəyişəcək və Azərbaycanda qalacaq. Amma “Neftçi”də yox, “Sabah”da...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!