"Neftçi"də yaranan çətinlik – Biri yerli, biri legioner

24 Noyabr 2021 16:20 Neftçi 1 022
"Neftçi"də yaranan çətinlik – Biri yerli, biri legioner

“Neftçi” Premyer Liqanın 12-ci turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir

Sportinfo.az xəbər verir ki, ikigünlük fasilədən sonra noyabrın 23-də hazırlığı bərpa edən komanda bu gün növbəti məşqə çıxıb.

"Sabah”la oyunda zədələnmiş Aqil Məmmədov hazırlıqda iştirak etməyib. Digər zədəli Tiaqo Bezerra isə komandadan ayrı məşq edib.

Digər bütün futbolçuların qatıldığı hazırlıq prosesi əsasən toplu çalışmalardan ibarət olub.

"Neftçi” – “Səbail” matçı noyabrın 27-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda