Günlərdir “Neftçi”dən gözlənilən o xəbər – Ya bu gün, ya da…

23 Noyabr 2021 09:40 Neftçi 1 597
Günlərdir “Neftçi”dən gözlənilən o xəbər – Ya bu gün, ya da…

“Neftçi” Samir Abasovla növbəti böhran yaşayır.

Bu dəqiqə klubun düşərgəsində hamının qaş-qabağı «yer süpürür».

«Ağ-qaralar» Elxan Abdullayevin dönəmindəki antirekordu yenidən təkrarlayıb. P

remyer Liqada ardıcıl 3 məğlubiyyətlə sonuncu dəfə adıçəkilən məşqçinin zamanında, bir neçə il əvvəl üzləşmişdi. O tarixdən bəri komanda neçə sükançının əlinə keçsə də, belə utandırıcı mənzərə yaranmamışdı.

İndi isə Samir Abasov köhnə günləri geri qaytarıb və şübhə yoxdur ki, uğursuzluqlar onu da ipdən asılı hala gətirib. Çünki kollektiv çemponluq savaşından erkən qopmaq üzrədir.

Mövsümün başlamasından 11 həftə ötüb, «Neftçi» artıq zirvədən 9 xal geri düşüb. «Qarabağ»la aradakı xal fərqini «əritmək» getidikcə mümkünsüz kimi görünür. Əksinə, daxili gərginlik yaşayan «ağ-qaralar»ın qış fasiləsinə qədər keçiriləcək növbəti 3 turda yenə büdrəmək ehtimalı daha yüksəkdir.

Bakılılar onun rəhbərliyi altında 40-cı oyununu keçirib. Dəfələrlə cəza üzündən komandaya tribunadan rəhbərlik edən 43 yaşlı mütəxəssis yubileyində də texniki zonadan kənarda olub.

Onun drujinası 40-cı matçda “Sabah”a 1:2 hesabı ilə uduzaraq məğlubiyyət seriyasını 3-ə çatdırıb.

Ümumiyyətlə, Abasovlu “Neftçi” 11-ci dəfə meydandan yenilgi ilə ayrılıb. 21 qələbənin memarı olan mütəxəssis 8 dəfə sülhə şahid olub. Onun yetirmələri 68 qol vurub və 48 top buraxıb.

“Sabah”la duel həm də Premyer Liqada Abasovlu “Neftçi”nin 30-cu sınağı olub. 19 qələbə və 5 heç-heçəsi olan çalışdırıcı 6-cı məğlubiyyəti tribunadan seyr edib. 59 qol vuran “ağ-qaralar” 31 top buraxıb.

Bilirik ki, Abasov «Sabah»la oyundan sonra istefa verəcəyini iddia edib. Gənc çalışdırıcı qarşılaşmanın ardından paltardəyişmə otağına gələrək, futbolçularla sağollaşıb.

Abasov Premyer Liqaya ardıcıl 3 məğlubiyyətin «Neftçi»yə yaraşmadığını, bu üzdən vəzifəsindən ayrılmaqq istədiyini bildirib: «Gəldim ki, sizinlə sağollaşım, sonra istefa ərizəsi yazmağa gedəcəm».

Hələlik nə istefadan bir xəbər var, nə də ərizədən. Abasov dediyi sözü unutmuş kimi görsənir. Ya da özünü o yerə qoymur, heç nə olmamış kimi, hər gün iş yerinə gedib-gəlir.

Nəvaxtadək? Bunun üçün Müşahidə Şurasının (MŞ) üzvü Zaur Qəhrəmanovun onun barəsində sosial şəbəkədə növbəti dəfə şərh yazmasını gözləyək?

O. baş məşqçi dəyişikliyinin labüdluyünü qəbul edir, amma digər şəxslər ondan tələsik qərar çıxarmamasını xahiş edib.

Z.Qəhrəmanov Azərbaycan Premyer Liqanın IX tur matçında "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra sosial şəbəkədə Samir Abasovu nəzərdə tutaraq, "O, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər" şərhini yazıb və daha sonra mətbuata verdiyi açıqlamada qələmə aldığı fikirdən dolayı üzrxahlıq etməyib.

Elə danışıb ki, sanki belə də olmalıymış və o sözləri işlətməkdən qətiyyən peşman deyil.

Belə iç savaşın yaşandığı və hər ötən gün daha da qızışdığı bir ortamda güc nisbətinin dəyişməsi az inandırıcıdır. Qəhrəmanov Abasovun «hökm»ünü oxuyub və bu «hökm»ü geri götürməyəcək. Hər halda nala-maxa vuran, tez-tez fikir dəyişən biri olaraq tanınmır.

O, ürəyindən keçənləri və həqiqət bildiyi şeyləri qələmə alıb, indi qalır baş məşqçi dəyişikliyinin rəsmən elan ediləcəyi tarixi gözləmək.

Abasov bütün «körpülər»i yandırıb və Qəhrmanovun ona barışıq əli uzatmağı ağlının ucundan keçirmədiyini, yəqin ki, bilir.

Günü günə calamaqda məqsədi nədir, bununla nə qazanmaq istəyir, bu da qaranlıq yanaşma kimi gəlir bizə. Bir həftə tez, bir həftə gec – sonra?

Aradakı münasiəbti şüşəyə bənzətsək, o göydən yerə çırpılıb və çilik-çilik olub. Onu bərpa etmək, əvvəlki halına qaytarmaq qeyri-mümkündür.

Qəhrəmanov barəsində «maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər» dediyi şəxsi gələn dəfə qəhrəman obrazında təqdim etməyəcək, bundan da kinayəli və ironiyalıı şərhlər yazacaq.

Günahkar? Əlbəttə, özü yıxılan ağlamaz və ağlamamalıdır. Abasov yaydan bu tərəfə «taktiki-texniki», yəni, siyasət meydanında o qədər səhvlərə yol verib ki…

Yanlış transfer bazarlığı, klub rəhbərliyi ilə münasibətlərdə soyuqluq, ona dəstək vermiş azarkeşləri özündən uzaqlaşdırmaq, ən sonda da yerli futbolçuların ünvanına işlətdiyi aşağılayıcı ifadələr…

Hansı birini deyək, hansı birinin üstündən sükutla keçək? Hər biri ciddi yanlışdır və ötənilki çempionluğun təsirindən başıgicəllənən, yerişini itirən Abasov özünü uçurumun lap kənarına gətirib çıxarıb.

Dərənin dibinə yuvarlanması an məsələsi olan baş məşqçi düşdüyü vəziyyətin, hər tərəfdən təzyiqlə üzləşməsinin səbəbləri barədə hələ də düşünmədiyi qənaətindəyik.

Klubun keçmiş idman direktoru Ceyhun Sultanov yaxınlarda nə demişdi? Demişdi ki: «Bu komandanı mən yığmışam və yerli futbolçuları yaxşı tanıyıram, onlar Samir Abasovun barələrində dediyi sözü unutmayacaq».

Zaman Sultanovu haqlı çıxarır. Çünki o, idarəçi təcrübəsinə arxalanaraq və «Neftçi» ailəsinə bələd olaraq, əminliklə belə bir proqnoz səsləndirmişdi.

Abasov bəlkə də başa düşmək istəmir ki, o, «Qarabağ»la oyundan sonra məlum açıqlamanı verməklə, əslində, özünün əyləşdiyi ağacın budaqlarını kəsib.

Rəhbərlik səni istəmir, bir problem. Azarkeş səndən üz döndərib, başqa bir problem. Əgər nəticə mənasında asılı olduğun futbolçuların da gözündən düşmüsənsə… İstefa vermək də bir mədəniyyətdir,

Abasov dilinə gətirdiyi yanlış cümlələrin mənasını dərk etmək istəmədiyi kimi, görünür, istefa etikasının yazılan və yazılmayan qaydalaıından da bixəbərdir.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti