"Samir Abasov səhv etdi, rəhbərliyə yaxın futbolçular oynamır, onun getməsini istəyir"

23 Noyabr 2021 13:00 Neftçi 1 370
"Samir Abasov səhv etdi, rəhbərliyə yaxın futbolçular oynamır, onun getməsini istəyir"

«Gərək Samir Abasov yerli futbolçuları pisləməklə səhv etdi».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında millinin və «Neftçi»nin keçmiş müdafiəçisi Mahir Şükürov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan «Futbol söhbəti»ndə iştirak edən veteran sabiq komandasının Premyer Liqanın son turlarını məğlubiyyətlə bitirməsinin təsadüfi olmadığını bildirib:

«Mən «Sabah»la oyuna baxdım və gördüyümü gördüm. Açığı, bəzi futbolçular öz oyununu oynamadı, demək olar meydanda yox idilər.

Bu futbolçular rəhbərliyə yaxın olanlardır. Mən bu futbolun içində böyümüşəm, kimin kim olduğunu, nəyi bacarıb-bacarmadığını bilirəm.

Onların meydana həvəssiz çıxması təsadüfi deyil, çünki baş məşqçidən narazıdırlar. Samir legionerləri yerli uşaqları üstün tutmaqla səhvə yol verdi.

O, elə fikirlər işlətməməli idi, özü də mətbuat konfransında. Komandanın «Qarabağ»a uduzmasının səbəbini azərbaycanlı futbolçuların səviyyəsinin aşağı olmasında görmək düz deyil.

Bu uşaqlar ötən mövsüm çempionluq qazanıb, sən onlara necə zəif deyə bilərsən? Samir səhvini düzəltməli idi. Bu fikirdəyəm ki, indi onun yeganə çıxış yolu istefa verib getməkdir».

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı