"Neftçi"nin qapıçısı bu qayıdışın əleyhinədir – Onu bura gətirməyin!

19 Oktyabr 2021 13:00 Neftçi 2 368
"Neftçi"nin qapıçısı bu qayıdışın əleyhinədir – Onu bura gətirməyin!

«Neftçi»nin qapıçısıı Aqil Məmmədov baş məşqçi Samir Abasovdan narazı qalıb.

Buna səbəb Emil Balayevlə bağlı mətbuatda çıxan xəbərlərdir.

Yay fasiləsində heyətində kifayət qədər dəyişikliyə gedən “Neftçi” qapı xəttini də gücləndirmək niyyətindədir. Azərbaycan çempionunun bu mövqe üçün ilk namizədi yerlidir.

Aqil Məmmədovun performansından o qədər də məmnun qalmayan “ağ-qaralar”ın çalışdırıcısı əzəli rəqib “Qarabağ”ın qolkiperi Emil Balayevə “elçi düşüb”.

“Neftçi” rəhbərliyi millinin kiperini qış fasiləsində 6 aylıq icarəyə götürmək niyyətindədir. Ağdam klubunda Şahruddin Məhəmmədəliyevlə rəqabətdə uduzan “Neftçi”nin yetirməsi özü də durumundan razı deyil.

27 yaşlı qolkiperin sözləşmə müddəti gələn ilin yayına qədərdir. “Neftçi” Balayev üçün qarşı tərəfə müraciət edəcək.

Əgər tərəflər anlaşa bilməsə, o zaman paytaxt təmsilçisi əcnəbi qapıçı almağı gündəmə gətirəcək. Emil Balayev ilk klubu olan “Neftçi”dən 2014-cü ildə Almaniya təmsilçisi “Ayntraxt”a keçib.

Komandanın lideri olan A.Məmmədovu narazı salan S.Abasovun bu dönüşlə bağlı yayılan xəbərləri təkzib etməməsidir.

Əksinə, ona məlumat çatıb ki, baş məşqçi həqiqətən bu qayıdışın reallaşmas üçün bütün əlaqələrini işə salıb.

“Bakı“nın yetirməsi olan Məmmədov əsas heyətdəki yerini heç kimə təslim etməyəcəyinə dair klub rəsmilərinə mesaj verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!