“Bursaspor”, görün, “Neftçi”dən indi kimə elçi düşüb!

16 Oktyabr 2021 21:00 Neftçi 3 923
“Bursaspor”, görün, “Neftçi”dən indi kimə elçi düşüb!

Namiq Ələsgərovun ardınca “Neftçi”nin daha bir futbolçusu “Bursaspor”da çıxış edə bilər.

Türkiyə klubu Sabir Buqrinin meneceri ilə danışıqlara başlayıb.

TFF I Liqa təmsilçisi Belçika pasportuna sahib mərakeşli yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib.

1996-cı il təvəllüdlü legionerin “ağ-qaralar”la sözləşməsi bu mövsümün sonunadək nəzərdə tutulub. Bakılılar onun daha 2-3 il burada qalmasında maraqlıdır.

Sabirə belə bir çağırış da ediblər. Gəl ki, o, anlaşmanın yenilənməsi variantına isti yanaşmır.

Hər halda bugünə kimi “Neftçi” rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, danışıqlar masası arxasına keçməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti