“Neftçi”nin oyununda DAVA-DALAŞIN VİDEOsu

11 Oktyabr 2021 19:40 Neftçi 1 604
“Neftçi”nin oyununda DAVA-DALAŞIN VİDEOsu

“Neftçi” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə “Qəbələ” ilə yoxlama görüşü keçirib.

Matç Bakıxanov qəsəbəsindəki Futbol Mərkəzində baş tutub - 1:1.

Yoldaşlıq matçında dava düşüb. 64-cü dəqiqədə "ağ-qaralar"ın yarımmüdafiəçisi Sezar Meza Kolli komanda yoldaşına qarşı kobudluq edən əyalət təmsilçisinin futbolçusu İsnik Əliminin sifətinə əli ilə zərbə endirib.

Nəticədə oyunun baş hakimi Fərid Hacıyev paraqvaylı oyunçunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Bundan sonra iki komandanın üzvləri arasında gərginlik daha da artıb. Meza Kolli meydanı tərk edərkən rəqib komandanın kapitanı Asif Məmmədovla mübahisə edib.

Daha sonra Harramiz Soares məsələyə qarışıb. Özündən çıxan futbolçu əvvəlcə Ehtiram Şahverdiyevlə, daha sonra isə A.Məmmədovla münaqişəyə girib.

"Neftçi"nin məşqçilər heyəti və kapitanı Aqil Məmmədovun müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Sportinfo.az həmin gərgin anları təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti