"Neftçi"nin müdafiəçisi öz uşaqlarına deyib ki…

11 Oktyabr 2021 13:20 Neftçi 647
"Neftçi"nin müdafiəçisi öz uşaqlarına deyib ki…

"Neftçi"nin müdafiəçisi Vojislav Stankoviç övladlarının Azərbaycanın dövlət himnini əzbər bilməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı serbiyalı legioner bunu 7 ilə yaxındır ölkəmizdə oynamasıyla əlaqələndirib:

"Xüsusilə ötən il azarkeşlər stadiona gələ bilməyəndə hər matçdan öncə himn səslənirdi. Övladlarım bununla maraqlanırdı.

Mən də onlara deyirdim ki, öz himnimizi bildiyiniz kimi, Azərbaycan himnini də öyrənməlisiz. Zaman keçdikcə öyrəndilər, hazırda da təmiz bilirlər".

Digər Xəbərlər
Xəbər Lenti