“Neftçi“dən: “İndi gərək biletlərini alıb, yola salaq, getsinlər“

11 Oktyabr 2021 10:40 Neftçi 1 377
“Neftçi“dən: “İndi gərək biletlərini alıb, yola salaq, getsinlər“

“Neftçi“nin baş məşqçisi Samir Abasrv bir müddətdir baxışda olan seneqallı legionerlər - dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə fikirlərini bildirib.

Sportinfo.az-a açıqlama verən mütəxəssis deyib:

“Qəbələ“ ilə yoxlama oyununda hər iki gənc futbolçuya ikinci hissədə şans verdim. Nə dərəcədə faydalı olmağı bacardılar?

Gənc futbolçulardır. Bu gün onlardan qeyri-adi nəsə gözləmirdim zatən. Sadəcə, Premyer Liqa komandasına qarşı oyunda necə görünəcəklərini görmək istəyirdim.

Məqsədim bu oyuna görə onlara qiymət vermək olsaydı, indi gərək biletlərini alıb, yola salaq, getsinlər. Amma məqsəd bu deyildi.

Hələ gəncdilər, zamanla “artıracaqlar”. Aramızda dil problemi də var. Mamadu Mbodj arada tərcüməçilik edir.

Cavan uşaqlardır, bizim üçün meydanda xarüqələr yaradası deyillər. Özümüz də onu gözləmirik. Sadəcə, bizə nə dərəcədə kömək edəcəklərinə baxırıq".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu