"Neftçi"nin kapitanı şəxsi həyatından söz etdi, MARAQLI FAKTın üstünü açdı

10 Oktyabr 2021 20:20 Neftçi 1 040
"Neftçi"nin kapitanı şəxsi həyatından söz etdi, MARAQLI FAKTın üstünü açdı

"Ümumiyyətlə, ailəcanlıyam. Məşqə gedirəm, məşqdən qayıtdıqdan sonra uşaqlarımla ya oyunlar oynayırıq, ya da gəzintiyə çıxırıq".

Sportinfo.az xəbər verir ki, bu açıqlama millinin və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudova aiddir.

Şəxsi həyatından danışan paytaxt klubunun kapitanı daha çox ailəsi ilə vaxt keçirdiyini söyləyib:

"Bəzi günlər dostlarımla görüşürəm. Qalan boş vaxtımı isə kitab oxuyuram və seriallara baxıram. Müxtəlif kitablara üstünlük verirəm.

Rus yazıçıları Fyodor Dostoyevski və Mixail Bulqakov ilə yanaşı, Azərbaycan bədii ədəbiyyatını da çox sevirəm.

Ən çox oxuduğum Mirzə Fətəli Axundov və Hüseyn Caviddir. Azərbaycan dilində bədii ədəbiyyat oxumaq həmçinin doğma dilimi inkişaf etdirməyə kömək edib.

Düzdür, əvvəllər Hüseyn Cavidi oxumaq mənə çətin gəlirdi, amma son illər özümdə inkişaf hiss edirəm".

Digər Xəbərlər
Xəbər Lenti