“Neftçi“nin baş məşqçisi anons etdi: “Buna dözə bilməyən gedəcək“

10 Oktyabr 2021 16:00 Neftçi 1 276
“Neftçi“nin baş məşqçisi anons etdi: “Buna dözə bilməyən gedəcək“

“Onun müqaviləsi var, bu dəqiqə komandamızın üzvüdür“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin baş məşqçisi Samir Abasov deyib. “Keşlə”nin “Neftçi”dən icarəyə götürmək istədiyi növbəti futbolçunun kimliyi məlum olub.

Ölkə kubokunun son sahibi Mirabdulla Abbasovun xidmətində maraqlıdır. Sabiq “bankirlər”onunla yanaşı, Sezar Meza Kollini geri qaytarmaq fikrində olması məlumdur.

Hazırda “Neftçi”nin 2 futbolçusu icarə əsasında “Keşlə”nin formasını geyinir. Bunlar Rəhman Hacıyevlə Turan Vəlizadədir.

Mirabdulla Abbasovun qarşıdakı həftələrdə “Neftçi”nin əsas heyətinə düşmək ehtimalı azdır. Samir Abasov ondan çox narazıdır.

Baş məşqçi hücum xəttindən məmnun qalsaydı, yəqin ki, Roman Maçado və Tiaqo Bezzeranın transferinə “yox” deyərdi.

Ramon Maçado ilə Tyaqo Bezerranın gəlişindən sonra Mirabdullanın oynamaq şansı faktiki yox dərəcəsində azalıb. “Ağa”nın taleyi necə olacaq?

Abasovu dinləyək: “Bir ay əvvəl hücumçunu şamla axtarırdıq, şükürlər olsun, indi belə bir problemimiz yoxdur.

Sərəncamımda üç hücumçu var. Rəqabət gedir, kim dözəcəksə, o da burada qalacaq. Dözə bilməyən gedəcək“.

Digər Xəbərlər
Xəbər Lenti