“Neftçi”nin futbolçusu niyə dava saldı? – VİDEO+FOTOREPORTAJ

10 Oktyabr 2021 11:00 Neftçi 3 061
“Neftçi”nin futbolçusu niyə dava saldı? – VİDEO+FOTOREPORTAJ

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını Bakıda gerçəkləşdirən “Qəbələ” yoxlama görüşü keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Neftçi” ilə qarşılaşıb.

Matç Bakıxanov qəsəbəsindəki Futbol Mərkəzində baş tutub.

Baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib: Kristof Atanqana, Urfan Abbasov, Murad Musayev, Stefan Vukçeviç, Kamal Mirzəyev, Məqsəd İsayev, Hüseyn Mürsəlov, Ehtiram Şahverdiyev, Ülvi İsgəndərov, Emil Səfərov, Manaçi Okvara-Nerus.

"Ağ-qaralar"ın heyətində Xorxe Korrea və Yusuf Laval görüşü davam etdirə bilməyiblər. Agentinalı yeni transfer 15-ci, nigeriyalı yarımmüdafiəçi isə 33-cü dəqiqədə sıradan çıxıb. Korreanı Ramon Maçado, Lavalı isə Fəhmin Muradbəyli əvəzləyib.

Qarşılıqlı hücumlarla keçən oyunda hesab ilk yarının sonlarında açılıb. Oyunda ilk qolu paytaxt təmsilçisi vurub. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub.

“Qəbələ”də Ruan Renato, Rafael Utziq, İsnik Alimi, Asif Məmmədov və Fernan Lopes komanda yoldaşlarını əvəz edib. Görüşün sonlarında “qırmızı-qaralar” bərabərlik qoluna imza atıb. Rəqib qapısına İsnik Alimi yol tapıb – 1:1.

Yoldaşlıq matçında dava düşüb. 64-cü dəqiqəsində "ağ-qaralar"ın yarımmüdafiəçisi Sezar Meza Kolli komanda yoldaşına qarşı kobudluq edən əyalət təmsilçisinin futbolçusu İsnik Əliminin sifətinə əli ilə zərbə endirib.

Nəticədə oyunun baş hakimi Fərid Hacıyev paraqvaylı oyunçunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Bundan sonra iki komandanın üzvləri arasında gərginlik daha da artıb. Meza Kolli meydanı tərk edərkən rəqib komandanın kapitanı Asif Məmmədovla mübahisə edib.

Daha sonra Harramiz Soares məsələyə qarışıb. Özündən çıxan futbolçu əvvəlcə Ehtiram Şahverdiyevlə, daha sonra isə A.Məmmədovla münaqişəyə girib.

"Neftçi"nin məşqçilər heyəti və kapitanı Aqil Məmmədovun müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı