"Neftçi"nin baş məşqçisi narazi deyil: “QAÇDILAR”

9 Oktyabr 2021 17:40 Neftçi 775
"Neftçi"nin baş məşqçisi narazi deyil: “QAÇDILAR”

"Məqsədimiz bəzi futbolçuların fiziki durumunu daha da yaxşılaşdırmaq idi.

Həmçinin oyun praktikası baxımından axsayan futbolçuları düşünmüşdük.

Bu gün nə rəqib önəmli idi, nə də taktiki gedişlər var idi. Bunun üzərində işləməmişdik".

bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, matçın gedişində baş verən mənfi və müsbət hadisələr məşqçilər heyətini o qədər narahat etmir:

"Sırf fiziki hazırlıq baxımından bu matçın olmasını istəyirdik. Futbolçularımız meydanda çox hərəkət etdilər, qaçdılar. Bu mənada istəyimizə nail olduq".

Abasov ilk hissədə zədələnən Xorxe Korrea və Yusuf Lavalın durumuna da toxunub: "Daha çox Korreanın bu matçda iştirak etməsini istəyirdik.

Əfsuslar olsun ki, zədələndi. Müayinədən sonra hər şey bilinəcək. Lavalın zədəsi isə elə ciddi deyil. İnanırıq ki, problem olmayacaq".

Abasovun sözlərinə görə, komandanın hazırlıq səviyyəsini bu oyunla ölçmək düzgün olmaz:

"Fiziki durumumuz pis deyil. Amma "Sumqayıt"la çempionat matçında nə dərəcədə yaxşı olacağımız millidən qayıdacaq futbolçulardan asılıdır.

Təəssüflər olsun ki, yığma ikinci oyununu səfərdə keçirəcək. U-21 millisində də əsas heyət üzvlərimiz var. Onların qayıdışından sonra ümumi ab-hava barədə danışa bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda