"Neftçi"nin iki legioneri problemlə üzləşdi - SON DƏQİQƏ

9 Oktyabr 2021 17:00 Neftçi 823
"Neftçi"nin iki legioneri problemlə üzləşdi - SON DƏQİQƏ

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Serbiya ilə oyunlarına görə Premyer Liqada 2 həftəlik fasilə yaranıb.

Fasiləni fürsət bilən "Neftçi" və "Qəbələ" komandaları yoxlama görüşündə üz-üzə gəlib.

Bərabərliklə (1-1) bitən matç son çempion üçün şok itkilərlə yadda qalıb.

Belə ki, görüşün ilk hissəsində yeni transfer argentinalı Xorxe Korrea və nigeriyalı Yusif Laval zədələnərək meydanı erkən tərk etməli olublar.

Əcnəbi futbolçuların zədəsinin nə dərəcədə ciddi olub-olmaması yaxın günlərdə bilinəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti