“Neftçi”nin yeni transferi Bakıda şoka düşüb - HƏR ŞEYİ ÖZÜ DEDİ

9 Oktyabr 2021 11:40 Neftçi 4 140
“Neftçi”nin yeni transferi Bakıda şoka düşüb - HƏR ŞEYİ ÖZÜ DEDİ

“Uyğunlaşma prosesi yaxşı gedir. “Neftçi”yə və Bakıya tam uyğunlaşdığımı hiss edirəm.

Komandada eyni dildə danışdığımız bir neçə futbolçu var.

Vəziyyətin bu cür olması uyğunlaşma dövrünü daha tez başa vurmağıma səbəb oldu”.

“Ağ-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı Huqo Basto Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.

28 yaşlı portuqaliyalı müdafiəçi Bakının gözəlliyinə və insanların davranışına valeh olub. Basto Azərbaycanda olduğuna görə qürur duyduğunu deyir:

“Məni ən çox sevindirən Bakının gözəl olmasıyla yanaşı, həm də təhlükəsizliyidir. Günün istənilən saatında küçəyə çıxıb, rahat gəzə bilirsən. Bu mənada işimiz rahatdır.

İnsanlar da olduqca mehriban və qonaqpərvərdirlər. Daim sənə kömək etmək istəyirlər. Azərbaycanda olduğum və “Neftçi”nin şərəfini qoruduğum üçün qürur duyuram”.

Basto komandaya və yeni ölkəyə uyğunlaşsa da, əsas heyətdə möhkəmlənmək heç də asan olmayacaq.

Çünki onun oynadığı mərkəz müdafiəçisi mövqeyində Voislav Stankoviç, Mamadu Mboc və Mert Çelik kimi futbolçular var. Belədə, onlardan kimisə sıxışdırmalıdır.

Huqo bu mənada əsas yükün öz üzərinə düşdüyünü düşünür: “Neftçi”də keyfiyyətli futbolçular tək mənim mövqeyimdə deyil. Komandadakı hər bir futbolçunun səviyyəsi yüksəkdir.

Əsas heyətdə yer almaq üçün heç nəyə fikir vermədən öz üzərimdə6 çalışmalıyam. İlk növbədə hazırlıq səviyyəmlə baş məşqçini razı salmalıyam.

Çünki “11-lik”də kimlərin yer alacağına məhz baş məşqçi cavab verir”.

Digər Xəbərlər
Xəbər Lenti