"Barselona"nı arzulayan "Neftçi"li: "Messi ilə eyni komandada oynamaq istərdim"

7 Oktyabr 2021 14:20 Neftçi 1 225
"Barselona"nı arzulayan "Neftçi"li: "Messi ilə eyni komandada oynamaq istərdim"

"Arzularım böyük idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin mərakeşli legioneri Sabir Buqrin deyib.

Belçika vətəndaşlığı da daşıyan yarımmüdafiəçi futbolda ilk addımlarımı atanda "Barselona"da oynamağı xəyal etdiyini söyləyib:

"Yaxşı futbolçu olmaq istəyirsizsə, daha çoxunu istəməlisiz. Kiçik şeylərlə kifayətlənməyin.

Futbolçu olduğum üçün ilk növbədə Allaha minnətdaram ki, mənə sağlam can, düşüncə verib.

İkincisi, valideynlərimə təşəkkür edirəm. Atam hava şəraitindən asılı olmayaraq, hər zaman məni məşqə aparırdı. Anam isə paltarlarımı yuyurdu ki, növbəti məşqə təmiz forma ilə gedim".

Buqrin birlikdə oynamaq istədiyi futbolçuların adlarını da çəkib: "Ronaldinyo, Zinəddin Zidan və Lionel Messi ilə eyni komandada çıxış etmək istərdim".

Digər Xəbərlər
Xəbər Lenti