"Neftçi"də 2 qol vurdu, "özümü çox rahat hiss edirəm" dedi

7 Oktyabr 2021 12:40 Neftçi 838
"Neftçi"də 2 qol vurdu, "özümü çox rahat hiss edirəm" dedi

"Buradakı şəraitdən çox razıyam. Hətta başqa ölkəyə bu qədər tez uyğunlaşdığım üçün bir az təəccübləndim. Bunun çətin olacağını düşünürdüm".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni legioneri Ramon Maçado paytaxt klubuna adaptasiyası barədə "terra.com.br" saytına açıqlamasında deyib.

30 yaşlı hücumçu əvvəlcə uyğunlaşma prosesinin çətin olacağını ehtimal etdiyini bildirib: "Amma burada tərcüməçi, Cənubi Amerikadan və Portuqaliyadan futbolçular var.

Həmçinin fiziki hazırlıq üzrə məşqçimiz ispandır. Bütün bunlar mənə çox kömək edir. "Neftçi"də özümü çox rahat hiss edirəm".

Maçado "Neftçi"nin heyətində 2 qol vurub. Braziliyalı forvard "Neftçi"dəki startından da razılığını ifadə edib:

"Vurduğum qollarla komandaya kömək edirəm. Ümid edirəm ki, Premyer Liqada çempionluq titulunu qoruyacağıq".

Digər Xəbərlər
Xəbər Lenti