“Neftçi”dən bu legioneri icarəyə götürmək istəyir – Keçmiş klubu

21 Sentyabr 2021 20:00 Neftçi 2 456
“Neftçi”dən bu legioneri icarəyə götürmək istəyir – Keçmiş klubu

“Neftçi” Sezar Meza Kollini qış fasiləsində icarəyə verə bilər.

“Keşlə” yayda paytaxtın digər təmsilçisi ilə müqavilə imzalayan sabiq legionerinin xidmətində maraqlıdır.

Sabiq “bankirlər” paraqvaylı yarımmüdafiəçini mövsümün sonunadək icarəyə götürmək niyyərindədir. Artıq bununla bağlı tərəflər arasında ilkin fikir alış-verişi olub.

Son vaxtlar Samir Abasovun cənubi amerikalı futbolçuya münasibəti dəyişib. “Ağ-qaralar”ın çalıdşdırıcısı indi ona əsas heyət üzvü gözü ilə baxmır.

Belə olmasaydı, paraqvaylıya avrokubokların axır oyunlarında geniş şans verərdi.

Abasovu narazı salan Sezarın verdiyi tapşırıqları yerinə yetirməməsi, topsuz epizodlarda qaçmaqdan, ikili mübarizələrə qoşulmaqdan imtina etməsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!