Emin Mahmudov niyə 10 il əvvəli yada saldı? - FOTO

20 Sentyabr 2021 20:20 Neftçi 999
Emin Mahmudov niyə 10 il əvvəli yada saldı? - FOTO

“Neftçi”nin kapitanı Emin Mahmudov “Spartak”lı günlərini yada salıb.

Son vaxtlar formasının pikində olan yarımmüdafiəçi 10 il əvvələ “səyahət” edib.

Emin 2011-ci ildə kubokun yarımfinalında penaltilər seriyasında ÇSKA-ya uduzduqları oyundan şəkil və video paylaşaraq, bunu “Spartak”ın

formasında ən yaxşı oyunu kimi qələmə verib.
Videoda isə Mahmudovun 19 yaşı olmasına baxmayaraq, penaltilər seriyasında “Spartak”dan topun başına ilk olaraq məhz onun keçdiyi görünür.

Hətta rusiyalı şərhçi onu “əsəbləri olmayan adam” kimi təqdim edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!