"Neftçi" haqda 5 QEYD: "Ondan əl çəkmək lazımdır"

20 Sentyabr 2021 14:40 Neftçi 1 097
"Neftçi" haqda 5 QEYD: "Ondan əl çəkmək lazımdır"

«Neftçi»nin tanınan azarkeşlərindən Asim Nehmətli dünən «Keşlə» ilə keçirilən paytaxt derbisi (4:0) haqda öz fikirlərini bölüşüb.

O, Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan görüşə aid rəyini klubun rəsmi «feysbuk» səhifəsində yazıb.

Sportinfo.az həmin postu təqdim edir:

1. Aqil Məmmədovdan əl çəkmək lazımdır. Bu gün-sabah karyerasını bitirəcək, legioner qapıçı gəlsə, onsuz da, limitlə güləşirik, Kamran İbrahimov olsa, deyəcəksiz ki, təcrübəsi yoxdur, qapıçı alın. Ona görə də indidən şans vermək lazımdır.

2. Müdafiə xəttimiz hər nə qədər zəif olsa da, Mamadu Mbodjsuz daha inamlıdır. Huqo Basto Mbodjdan çox yaxşı görünür. Əlavə olaraq, mütləq şəkildə 4-lü müdafiəyə keçmək lazımdır. Amma bunun üçün də sol cinah müdafiəçimiz yoxdur, sağda isə ancaq Ömər Buludovdur. İsmayıl və Fəhmin müdafiəçi deyil, Samir dirəşir, sadəcə. Beşli müdafiədə, əsasən, 3 mərkəz və 2 cinah müdafiəçisi olur. Cinah oyunçuları hücuma çıxır və qayıdır. Bizdə isə bu funksiyanı vingerlər yerinə yetirdiyindən, nə normal hücum var, nə müdafiə.

3. Emin Mahmudov hər nə qədər yaxşı futbolçu olsa da, çox tez yorulur. Belə sönük matçda 60-cı dəqiqədən sonra sanki yox idi meydanda.

4. Sezar Meza Kollinin fayda verməsi üçün ya 4-3-3, ya da 4-2-3-1 taktiki sxemi lazımdır. Sezar topsuz formada rəqib oyunçuya çevrilir.

5. Mirabdulla Abbasov olmayan oyunu ilə yanaşı, ötürdüyü mənfi aura ilə də qan qaraldır. Hər şeydən narazıdır: hakimlə mübahisə edir, guya, komanda yoldaşlarına düzgün ötürmə dərsi keçir, özü isə nə açıla, nə də mübarizə uda bilir.

Digər Xəbərlər
Xəbər Lenti