“Neftçi”yə lazım olmadı, 2200 dollar maaşa razılaşdı

11 Sentyabr 2021 16:20 Neftçi 1 774
“Neftçi”yə lazım olmadı, 2200 dollar maaşa razılaşdı

2020/2021 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan çempionluğunu yaşamış Bruno Teluşi Albaniyaya qayıdıb.

Bir ara “Zirə” ilə adı hallanan yarımmüdaifəçi debütant “Eqnatiya” ilə anlaşıb.

Müqavilənin müddəti 1 ildir. O, bu klubda2200 dollar maaş alacaq. Razılaşmaya əsasən, əgər qış fasiləsində ölkə xaricindən sərfəli təklif gələrsə, “Eqnatiya” Teluşiyə sərbəst agent statusu verəcək.

Ötən ilin oktyabrında transfer olunmuş Teluşi “Neftçi”də 9 oyunda meydana çıxıb.

30 yaşlı alban İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında forme geyinib,

Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti