"Bursaspor"dan "Neftçi"yə peşəkarlıq dərsi

10 Sentyabr 2021 17:40 Neftçi 2 207
"Bursaspor"dan "Neftçi"yə peşəkarlıq dərsi

Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan Namiq Ələsgərov yeni mövsüm ərəfəsində Türkiyə l liqa təmsilçisi "Bursaspor"a transfer olundu.

Transferin baş tutmasında "Neftçi"nin Namiqə qoyduğu sərbəst qalmağı məbləği böyük rol oynadı. Rəqəm cəmi 50 min avro idi.

Son çempionun Namiqin qalması yolunda göstərdiyi bütün israrlarına baxmayaraq, "Bursaspor" göstərilən məbləği rahatlıqla ödəyərək istəyinə çatdı.

Transferdən cəmi 1 ay keçib. Namiq özü isə "Bursaspor"da bir oyuna çıxıb. O da vur-tut 69 dəqiqə. Yəni Ələsgərov yeni komandasında xüsusi nə iləsə yadda qalmayıb.

Amma uzaq görən "Bursaspor" rəhbərliyi bu gün futbolçumuza 750 min avro transfer qiyməti qoyduğunu açıqlayıb.

Bu rəqəm "Neftçi"ni çempion edən bombardirinə verdiyi dəyərdən 15 dəfə çoxdur.

O demək deyil ki, Namiq mütləq 750 min avroya satılacaq. İşdi, Namiq sabah elə bərbad çıxış edər ki, klub özü ona azad agent statusu verər.

Amma Ələsgərov parlaq çıxışla yadda qalsa, "Bursaspor" rəhbərliyi bu günkü qərarın qiymətini cibində hiss edəcək.

Hörmətli "Neftçi" rəsmiləri, klub idarəetməsi budur. Peşəkar qərarlar belə olur. Öyrənmək isə heç vaxt gec deyil.

Amma elimizin bir məsəli də var ki, "qozbeli qəbir düzəldər"!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti