Belçika klubu da “Neftçi”nin futbolçusuna müştəri düşdü

9 Sentyabr 2021 20:00 Neftçi 1 450
Belçika klubu da “Neftçi”nin futbolçusuna müştəri düşdü

“Neftçi”nin yarımmüdafiəçisi Yusuf Lavalın müştəriləri siyahısı genişlənib.

Sportinfo.az-ın məlumatına görə, nigeriyalı legionerə bu dəfə Belçikadan təklif gəlib.

Belə ki, “Varegem” afrikalı futbolçunun meneceri ilə danışıqlara başlayıb,

Adıçəkilən klub Yupiler Pro Liqada mübarizə aparır və 6 turdan sonra 8 xallaq turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Israildən “Aşdod” və “Makkabi”nin də (Hayfa) transfer siyahısında yer alan Lavalın “Neftçi”yə elə Belçikadan gəldiyini xatırladaq. Bakılılar onu “Lokeren”dən heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti