“Neftçi” çempion olandan sonra hər kəs deyirdi ki, bu heyətlə avrokuboklarda uğur qazanmaq mümkün deyil.
O cümlədən, komandanın baş məşqçisi də.
Çempion olandan sonra şampan içib başı dumanlanan rəhbərlər də yeni transferlərin olacağını vəd edirdilər.
Amma transferlər olmadı, “Neftçi”ni avrokuboklarda möhkəm kötəklədilər, biabır etdilər.
Və məhz bundan sonra “Neftçi” arda-arda transferlər edir. El arasında buna “toydan sonra nağara” deyirlər.
Amma bu nağaranın ritminə “Neftçi” rəhbərliyindən başqa kimsə qol götürməyəcək.
Onun da deyək ki, bu transferlər də birmənalı qəbul edilmir. “Neftçi” yaşlı futbolçuları gətirir, özü də böyük məbləğdə məvacib müqabilində.
Yəni “Neftçi” rəhbərliyi heç nədən nəticə çıxartmır. Dövlətin ayırdığı vəsaiti sovurmaqla məşğuldurlar. Böyük ehtimalla, bir ildən sonra indi gətirilən futbolçular da yola salınacaqlar.
“Neftçi” yenə də avrokuboklara iddiasız yollanacaq. Avropada yenə də kötəkləyəcəklər, biabır edəcəklər “Neftçi”ni.
Eybi yox, “Neftçi” buna dözər, amma əsas odur komandaya rəhbərlik edənlər sıxıntı yaşamasınlar, cibləri daim dolu olsun.
BİZ