Görün, “Neftçi”də Flavinyonun “davamçı“sı kim oldu - VİDEO

9 Sentyabr 2021 09:20 Neftçi 1 849
Görün, “Neftçi”də Flavinyonun “davamçı“sı kim oldu - VİDEO

“Neftçi” dünən növbəti hücumçu transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı Tyaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu yeni komandasının heyətində 9 nömrəli formanı geyinəcək.

Tyaqo Bezerra Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Demirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib.

Bezerra 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Super Liqasının ən yaxşı futbolçusu olub.

“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.

Bakılılar 34 yaşlı forvardın transferini xüsusi videoçarxla açıqlayıb. Onun Anatoli Banişevski, braziliyalı Flavinyo və bolqarıstanlı Ahmed Ahmedov kimi 9 nömrəli formanı geyinəcəyi vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı