“Neftçi” rəhbərliyi Lavalı BU QİYMƏTƏ SATIR

7 Sentyabr 2021 22:20 Neftçi 2 457
“Neftçi” rəhbərliyi Lavalı BU QİYMƏTƏ SATIR

“Neftçi” rəhbərliyi nin Yusuf Laval üçün müəyyənləşdirdiyi transfer qiyməti məlum olub.

Sportinfo.az-ın məlumatına görə, bakılılar nigeriyalı legioneri 300 min dollara satmağa hazırdır.

Namiq Ələsgərovun “Bursaspor”la, Mamadu Kanenin “Olimpiakos”la anlaşmasından sonra adıçəkilən yarımmüdafiəçinin də “Neftçi”dən ayrıması gündəmdədir.

Avrokuboklarda sərgilədiyi oyunla özü barədə müsbət rəy formalaşdıran afrikalı ilə İsraildən “Aşdod” və “Makkabı”nin (Hayfa) yaxından maraqlandığı məlumdur.

“Neftçi” rəhbərliyi də sözləşməsinin gələn ilin yayında bitəcək Lavalı indi yaxşı qiymətə satacağına ümid edir.

Digər Xəbərlər
Xəbər Lenti