"Neftçi"nin sabiq rəsmisi yazdı: "Burada iş bəhanələrin, "donos"ların üzərində qurulub"

7 Sentyabr 2021 11:20 Neftçi 737
"Neftçi"nin sabiq rəsmisi yazdı: "Burada iş bəhanələrin, "donos"ların üzərində qurulub"

Futbolda 4-5 mütləq faktordan biri psixoloji hazırlıqdır.

Bir çox dünya səviyyəli məşqçilər bu amili ümumiyyətlə birinci sayır.

Həqiqətən də futbolçuların, komandanın fiziki, texniki-taktiki, nəzəri hazırlığı nə qədər yüksək olsa da, psixoloji durum yerində deyilsə, istənilən nəticələrin qazanılması mümkünsüz olur.

"Olimpiakos", AEL, "Makkabi", "Aberdin", HİK, "Soçi", "Çukariçki"... "Lüdoqorets"in keçdiyi yunanlar o qədər böyüdüldü ki, "Neftçi" finlərin də qarşısına özünü kiçildərək çıxdı.

Hər kəs klubların hansı büdcəyə, hansı gücə sahib olduğunu yaxşı bilir. Hər dəfə klub/komanda tərəfindən ekranlardan, mətbuat konfranslarından bunları təkrar-təkrar xatırlatmağın nə anlamı var?

Azərbaycan klub futbolu çətinliklə bu psixoloji baryerləri çoxdan aşıb, Avropa nəhəngləri ilə qarşılaşıb. "İnter", "Borussiya", "Atletiko", "Çelsi", "Lill", "Arsenal", "Roma", "Tottenhem"...

Belə yanaşma ilə onda "Neftçi"si, "Qarabağ"ı son 10 ildə ancaq transferlərə bir milyard(!) dollardan çox pul xərcləmiş "İner"ə qarşı "San Siro"da meydana çıxmaq əvəzinə La Skala səhnəsinin pərdə arxasında gizlənməli idi.

"Olimpiakos" təbii ki, geniş heyətə, büdcəyə malikdir. 18 yaşlı qapıçı ilə meydana çıxmaqdan da çəkinmirlər, "Neftçi"dən Kaneni də aparacaqlar. Varlığa nə darlıq. Uduzulacaq, dünya dağılmayacaq. Əsas, meydana çıxmaqdan öncə psixoloji məğlub olmamaqdır.

Məgər o psixoloji qələbə ruhunun hesabına "Qarabağ" üzərində çempionluq qələbəsi qazanılmadı?! O ruh olmadığına görə "Neftçi" tarixi şansı qaçırdı, HİK-ə məğlub oldu.

Necə ki, "Qarabağ" digər komponentlərlə birgə, psixoloji hazırlığın sayəsində "Aberdin"i birnəfəsə keçdi.

"Neftçi"də ideoloji iş bəhanələrin, "donos"ların üzərində qurulub, yanlış futbol strategiyası aparılır. Fanatlar, ictimaiyyət arasında uğursuzluq sponsorlara tərəf istiqamətləndirilir, hədəfə çevrilir.

Sponsorların ən böyük günahı AFFA ideoloqlarının sayəsində klubda aparılan kadr seçimləridir.

Fanatlar arasında ara qatıla bilər. "Neftçi"də 5 il çalışmışıq, bir dəfə də olsun sponsor nümayəndələri futbol işlərinə qarışmayıblar.

İndi baş verirsə, ilk növbədə klub rəhbərləri qətiyyətsizlik göstərirlər. Sonda məsuliyyətdən boyun qaçırmaq məqsədi güdülür.

(ardı var)

Tahir Süleymanov
“Neftçi”nin sabiq vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti