“Neftçi” legionerlərə o qədər pul xərcləyib ki..."

6 Sentyabr 2021 20:40 Neftçi 35 111
“Neftçi” legionerlərə o qədər pul xərcləyib ki..."

Mövcud problem hər zaman yaşanıb, olub və tək bizim ölkəyə aid deyil.

Üst səviyyədə olan legionerlər Azərbaycana gəlməz.

Komandalarımız elə klublara qarşı oynayıb ki, bir aparıcı futbolçularının qiyməti klublarımızın 5-10 illik, daha artıq büdcələrindən çox olub.

Nisbətən səviyyəli legionerləri gətirmək üçün gecə-gündüz çalışmaqla yanaşı bacarıq lazımdır. Axtaran tapar...

Transferlərdə qəbul olunmuş, yazılmamış qayda var, 5-dən 3-ü faydalı olursa, qənaətbəxş sayılır. Daha yaxşı göstəricilər seleksiya fəaliyyətində zirvə deməkdir.

Transfer çalışmalarının öz peşəkar incəlikləri var...

Azərbaycan futbolunun mənfi cəhətləri olduğu kimi, müəyyən üstünlükləri də var. Çoxları diqqət etməsə də, ölkəmizdə 200-300 min dollarlıq müqavilə, Avropada 400-500 minə bərabərdir.

Azərbaycanda təmiz, vergisiz pullar ödənilir, maaşdan 40-50% tutulmur. Bu amil marağı olan klublar tərəfindən çox vaxt "unudulur".

"Neftçi"nin kifayət qədər legioner futbolçusu var. Onlara toplam olaraq illik 1.5 milyon dollardan çox vəsait ödənilir.

Bu pulla minimum 300-400 min dəyərində 4-5 keyfiyyətli futbolçu transfer etmək olar. Bahalı futbolçuların yükü, cavabdehliyi sponsor, azarkeşlər qarşısında ağır olur...

Ən rahatı 100-150 minlik oyunçular alıb sonra şikayət etməkdir. Vaxt var idi bəzi klublar bu metoddan "məharətlə" istifadə edirdi.

15-20 legionerə 2-3 milyon pul ödəyib sonra car çəkirdilər ki, 400-500 minlik futbolçularımız yoxdur, necə nəticə qazanaq. Elə "Neftçi"nin özü 8 komanda arasında 7-ci yerdə qərarlaşanda heyətdə 16(!) legioner var idi...

"Neftçi"də sponsorlar tərəfindən ayrılan vəsait komandanın qat-qat güclü olmasına kifayət edir.

Seleksiya xidməti daxil olmaqla klubda strukturu, vəzifə bölgüsünü nə azarkeşlər, nə jurnalistlər, nə də kənardan kimlərsə gəlib etmir, klub rəhbərliyi formalaşdırır və tam olaraq cavabdehlik daşıyırlar.

6 ilə "Neftçi"də hər legionerə orta hesabla minimum 100 min dollardan hesablamaqla 8 milyon vəsait xərclənib.Təbii ki, bu məbləğ daha böyükdur.

Bu illər ərzində 300-400 minlik şıkovlardan tutmuş ödənişli dabolara, baş məşqçi bordinlərə kimi milyonlar ödənilib.

İndi Moldova millisində "xarüqələr" yaradan Bordin keçmiş klubu "Şerif"in Ç.L.-dəki uğurlarına, transferlərinə həsəd aparır.

(ardı var)

Tahir Süleymanov
“Neftçi”nin sabiq vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti